Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kamilə Əliyeva: Peyvənd vurduraraq özümüzü və xalqımızı COVID-19 bəlasından xilas edə bilərik

Kamilə Əliyeva: Peyvənd vurduraraq özümüzü və xalqımızı COVID-19 bəlasından xilas edə bilərik

09.08.2021 [15:34]

Son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb. Təəssüflər olsun ki, bir sutkada sağalanların sayı da yoluxanlardan xeyli azdır. Həmçinin hər gün koronavirus infeksiyasından həyatını itirənlərin sayının ötən günlərlə müqayisədə daha çox olduğunu müşahidə edirik. Bunun səbəbi vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19-la əlaqədar qaydalarına tam riayət etməməsi, bir sıra hallarda qapalı məkanlarda tibbi maska taxmamalarıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirib.

Son aylar müəyyən yumşalmalar tətbiq olunsa da bəzi vətəndaşların bundan sui-istifadə etdiyinə diqqət çəkən deputat deyib: “Misal üçün, toy mərasimlərinin təşkili qaydalarını bilirik. Yəni, toyda iştirak edənlərin sayının 150-ni keçməməsi və qonaqların koronavirus əleyhinə peyvənd vurdurmuş olması vacibdir. Lakin media vasitəsilə xəbər tuturuq ki, qaydalara hər vətəndaş riayət etmir. Kütləvi toplaşmalar olduqda COVID-19 sürətlə yayılmağa başlayır və nəticədə, bir sutkada virusa yoluxanların sayı 1000-i keçir”.

COVID-19-dan yeganə xilas yolunun əhalinin peyvənd vurdurması olduğunu vurğulayan parlamentin üzvü deyib: “Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mutasiyaya uğramış yeni ştamları barədə məlumat verir. Hər yeni ştam əvvəlki ilə müqayisədə daha təhlükəli hesab olunur. Qeyd edirlər ki, yeni ştamların yoluxduruculuq qabiliyyəti və yayılma sürəti daha yüksəkdir. Bütün dünya hələ də koronavirusun təsiri altındadır. Amma şükürlər olsun ki, Azərbaycan dövlətinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində, vətəndaşlarımız çətinliklə üzləşməyiblər. Ölkədə kifayət qədər vaksin ehtiyatı var. Vətəndaşlar mütləq vaksin vurduraraq xalqımızın koronavirusdan qurtulmasına töhfə verməlidirlər. Sağlamlığımızın qorunması dövlətin prioritet məsələlərindən biridir. Vətəndaşların sağlamlığı məsələsinə hər birimiz məsuliyyətlə yanaşmalıyıq. Vaksin olunmaqla həm özümüzü, həm də xalqımızı COVID-19 bəlasından xilas edə bilərik. Yəni hazırda virus əleyhinə peyvənd vurdurmaqdan başqa çıxış yolumuz yoxdur. Nə qədər çox vətəndaş vaksin vurdursa, təhlükə də bizdən o qədər uzaq olar. Doğrudur, vaksinasiyadan keçənlərin virusa yoluxmayacağına zəmanət verilmir. Amma əsas odur ki, həmin şəxslər yoluxduğu təqdirdə xəstəliyi yüngül keçirəcəklər və ölüm riski, demək olar ki, yoxdur. Buna görə də, yeganə çıxış yolumuz vaksinasiyadır. Vətəndaşlar kütləvi toplaşmalardan çəkinməli, Operativ Qərargahın qaydalarına ciddi riayət etməlidirlər”.

Paylaş
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31