Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda iqtisadi artım tempinin BMT-nin müəyyənləşdirdiyi hədəflər üzrə daha da yüksələcəyi proqnozlaşdırılır

Azərbaycanda iqtisadi artım tempinin BMT-nin müəyyənləşdirdiyi hədəflər üzrə daha da yüksələcəyi proqnozlaşdırılır

09.08.2021 [17:05]

Azərbaycan BMT-nin prinsiplərinə və millik inkişaf məqsədlərinə uyğun olaraq öz iqtisadiyyatını daha da inkişaf etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas hədəfləri dayanıqlı və balanslı iqtisadi inkişafa nail olmaqdır. Pandemiyanın təsirlərinə baxmayaraq Azərbaycan 2021-ci ildə iqtisadi artım tempini bərpa edib. Yarım ilin yekunlarında 2 faiz iqtisadi artım qeydə alınıb. Bu rəqəmin ilin sonlarında 4 faizə yaxın olacağı güman edilir. Eyni zamanda, beynəlxalq maliyyə qurumları növbəti illərdə daha sürətli iqtisadi artım proqnozlaşdırır.

“Davamlı iqtisadi artıma nail olmaq üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri çərçivəsində əməkdaşlıq çox vacibdir. BMT tərəfindən 17 əsas hədəflər müəyyənləşdirilib. Buna yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil xidmətlərinə əlçatanlığın artırılması və keyfiyyətin yüksəldilməsi, gender bərabərliyinin dəstəklənməsi, iqtisadi inkişaf, məşğulluq, o cümlədən BMT çərçivəsində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər daxildir. Hər bir hədəflər üzrə bəlli indikatorlar var və indikatorlar imkan verir ki, ölkə həmin hədəflərə çatmaqla bağlı real vəziyyəti daha yaxından qiymətləndirə bilsin. Bu əməkdaşlıq ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasına, səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin daha da artırılmasına, dayanıqlı iqtisadi inkişafın daha yaxından dəstəklənməsinə imkan verəcək. Çünki dayanıqlı iqtisadi inkişaf regionda sülhün qorunub saxlanması üçün vacibdir. 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra formalaşmış yeni çağırışlara əsasən Azərbaycan BMT-nin prinsiplərinə və minillik inkişaf məqsədlərinə uyğun olaraq öz iqtisadiyyatını daha da inkişaf etdirəcək. Bu istiqamətdə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və balanslı şəkildə inkişafına imkan verəcək. Nəzərə alsaq ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib, həmin prioritetlər çərçivəsində də Azərbaycanda iqtisadi artım tempinin BMT-nin müəyyənləşdirdiyi hədəflər üzrə daha da yüksələcəyi proqnozlaşdırılır”, - deyə V.Bayramov diqqətə çatdırıb.

Paylaş
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31