Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qlobal istiləşmə insan fəaliyyəti ilə bağlıdır və misli görünməmiş sürətlə baş verir – BMT-nin yeni məruzəsi

Qlobal istiləşmə insan fəaliyyəti ilə bağlıdır və misli görünməmiş sürətlə baş verir – BMT-nin yeni məruzəsi

09.08.2021 [20:26]

İqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, bu proses getdikcə daha da intensivləşir, yaranan tendensiyalardan bəziləri isə hər halda bu mərhələdə, artıq geri dönməzdir. AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə bu gün açıqlanan İqlim üzrə Hökumətlərarası ekspertlər qrupunun məruzəsində qeyd edilir.

İnsan fəaliyyətinin səbəb olduğu iqlim dəyişməsi, artıq bu gün planetimizin bütün bölgələrində çoxsaylı ekstremal hava hadisələrinə gətirib çıxarır. Üstəlik, alimlərin məlumatlarına görə, Yerin bütün iqlim sistemi dəyişir və bu dəyişikliklər atmosferin, okeanların, buz qatlarının və Yer səthinin vəziyyətinə təsir edir. Bu dəyişikliklərdən bir çoxu misilsizdir, dəniz səviyyəsinin yüksəlməsi kimi bəzi tendensiyalar isə yaxın əsrlərdə və hətta minilliklər ərzində geri çevrilə bilməz.

Lakin, məruzənin müəllifləri - dünyanın 66 ölkəsindən olan 234 ekspert hesab edir ki, bəşəriyyət iqlim dəyişməsinin miqyasını məhdudlaşdırmaq gücünə malikdir: atmosferə atılan zərərli tullantıları, o cümlədən istixana qazlarını əhəmiyyətli dərəcədə azaldaraq, qısa müddətdə havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar.

BMT-nin Baş katibi Antonio Quterreşin rəyinə görə, İşçi Qrupunun məruzəsi bütün bəşəriyyət üçün həyəcan siqnalından başqa heç bir şey deyil. "Bu haray qulaqbatırıcıdır, təqdim edilən sübutlar isə danılmazdır", - deyə BMT rəhbəri alimlərinin nəticələrini şərh edib.

O xatırladıb ki, beynəlxalq cəmiyyət qlobal temperatur artımını 1,5 dərəcədən çox olmayan səviyyədə saxlamağa razılığa gəlib, lakin yaxın zamanda təcili tədbirlər görülməsə, bu hədd keçiləcək. "Buna yol verməmək üçün qətiyyətli hərəkət etməliyik", - deyə Antonio Quterreş xəbərdarlıq edib.

O qeyd edib ki, noyabr ayında Qlazqoda keçiriləcək iqlim konfransı ərəfəsində bütün ölkələr, xüsusən G20-yə daxil olan ölkələr, “sıfır emissiya” koalisiyasına qoşulmaq da daxil olmaqla, iqlim dəyişməsi ilə mübarizəyə sadiq olduqlarını bir daha təsdiq etməlidirlər.

"Sıfır emissiyalar" o deməkdir ki, karbon qazının emissiyalarının həcmi okeanlar və meşələr tərəfindən udulan həcmlərdən artıq olmasın.

Hesabatda göstərildiyi kimi, insan fəaliyyətinin nəticəsində istixana qazı tullantıları, 1850-1900-cü illərdə qlobal iqlimin Selsi şkalası ilə təxminən 1,1 dərəcə istiləşməsinin əsas səbəbi olmuşdur. Bu səviyyənin önümüzdəki 20 ildə orta hesabla 1,5 dərəcəyə çatdığı və ya onu keçəcəyi gözlənilir.

"Bu hesabat önümüzdəki onilliklərdə reallığın necə olacağının sağlam qiymətləndirilməsidir", - deyə ekspertlərin işçi qrupunun həmsədri Valeri Masson-Delmot qeyd edir. - "İndi bizim Yer iqliminin keçmişi, bu günü və gələcəyi haqqında daha aydın bir təsəvvürümüz var, bu isə, hara getdiyimizi, əlavə nə edə biləcəyimizi və gələcək dəyişikliklərə necə hazırlaşmağımızı anlamaq üçün çox vacibdir."

Alimlərin proqnozlarına görə, önümüzdəki onilliklərdə planetin bütün bölgələrində iqlim dəyişiklikləri artacaq, xüsusən də uzunmüddətli istiliyin dövrləri davamlı olacaq, soyuq mövsümlər qısalacaq. Selsi şkalası ilə iki dərəcə qlobal istiləşmədə ilk növbədə kənd təsərrüfatı təsirlənəcək, səhiyyə sistemlərinə yük artacaq.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün atmosferə zərərli tullantıları azaltmaq lazımdır.

Ancaq məsələ yalnız temperaturun artmasında deyil. İqlim dəyişikliyi ən müxtəlif sahələrdə bir çox gözlənilməz nəticələrə gətirib çıxarır, o cümlədən:

İqlim dəyişikliyi su dövriyyəsini artırır, bu, bəzi bölgələrdə şiddətli yağıntılara və onlarla əlaqədar daşqınlara, digər bölgələrdə isə həddindən artıq quraqlığa gətirir.

İqlim dəyişikliyi yağıntıların yağma xarakterinə təsir edir. Yüksək enliklərdə yağıntıların yağma ehtimalı artır, eyni zamanda, əksər subtropiklərin ərazisində isə onların azalması baş verir.

Sahil bölgələrində dəniz səviyyəsinin yüksəlmə tendensiyası XXI əsrdə də davam edəcək və bu da öz növbəsində aran rayonlarda şiddətli və daha tez-tez baş verən daşqınlara və torpaq eroziyasına səbəb olacaq. Əvvəllər 100 ildə bir dəfə baş verən dəniz səviyyəsinin ekstremal dəyişiklikləri bu əsrin sonlarına yaxın hər il baş verəcək.

Bundan sonrakı istiləşmə əbədi donuşluğun əriməsini, qar örtüyünün itirilməsini və Arktikada buzlaqların azaldılmasını gücləndirəcək.

Dünya okeanının vəziyyətindəki dəyişikliklər daha çox isti axınların gəlməsinə səbəb olacaq ki, bu da okeanın ekosisteminə və balıq ovu hesabına yaşayan insanların vəziyyətinə təsir edəcək.

İqlim dəyişikliyinin ayrı-ayrı aspektləri, iqlim istiləşməsini hiss edəcək, həmçinin şiddətli yağıntı və sahil bölgələrində dəniz səviyyəsinin yüksəlməsi səbəbindən daşqınlarla üzləşəcək şəhər sakinlərinə təsir edə bilər.

"İnsanın Yerin iqliminin dəyişməsinə təsir etmə dərəcəsinin çoxillik öyrənilməsi prosesində biz birmənalı şəkildə aydınlaşdırdıq ki, insan təsirinin mənfi rolu şübhə doğurmur", – deyə Valeri Masson-Delmot bildirir. - Atmosferdə karbon qazının miqdarının artması iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsidir və biz bu amili həqiqət kimi qəbul etməliyik”.

Paylaş
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31