Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məğlub Ermənistanda gərginlik daha da artır

Məğlub Ermənistanda gərginlik daha da artır

10.08.2021 [08:45]

Məğlub Ermənistanda gərginlik hər keçən gün daha da artır. Erməni KİV-də yer alan məlumatlara görə, parlamentin sədri və müavinlərinin seçkisi başa çatsa da, daimi komissiyaların rəhbərliyinin seçilməsi prosesi davam edir. Digər tərəfdən, yeni hökumət tam şəkildə formalaşdırılmayıb. Xüsusilə güc strukturları rəhbərləri və xarici işlər naziri hələ müəyyənləşdirilməyib.
Yeri gəlmişkən, “Sputnik-Ermənistan”ın yaydığı məlumata görə, məğlub ölkənin parlamentində daimi komissiyalara rəhbərlik məsələsi artıq həll olunub. Daha doğrusu, komissiyaların rəhbərləri iqtidar və müxalifət arasında bölüşdürülüb. Belə ki, Ermənistan parlamentində 12 daimi komissiyanın yaradılması ilə bağlı “Vətəndaş müqaviləsi” fraksiyasının təklifi qəbul olunub. Hakim fraksiya müdafiə və təhlükəsizlik; dövlət və hüquqi məsələlər; xarici əlaqələr; maliyyə-kredit və büdcə məsələləri; təhsil, elm, mədəniyyət və idman məsələləri; ərazi idarəetmə və kənd təsərrüfatı məsələləri; Avropaya inteqrasiya; səhiyyə məsələləri; sosial məsələlər üzrə daimi komissiyalarına rəhbərlik edəcək. Müxalif “Ermənistan” bloku isə iqtisadiyyat; regional və Avrasiya məsələləri, insan hüquqlarının qorunması və ictimai məsələlər daimi komissiyalarına rəhbərlik edəcək. Xatırladaq ki, avqustun 9-da həmin komissiyaların tərkibi və rəhbərlərinin seçilməsinə başlanılıb.
Qeyd edildiyi kimi, təkcə parlamentin deyil, hökumətin formalaşdırılmasında da çətinliklər mövcuddur. “News.am” yazır ki, polittexnoloq Armen Badalyanın sözlərinə görə, əsas çətinliklər Ermənistan XİN rəhbərinin təyin edilməsi ilə bağlıdır.
Bu arada, parlament rəhbərliyi tərəfindən medianın qarşısına qoyulan yeni məhdudiyyətlər müzakirə predmeti olaraq qalır. “Hraparak” qəzeti yazır ki, jurnalistlərə buraxılış vəsiqələri verilməsinə də məhdudiyyət qoyulub: “Sentyabr ayından parlament rəhbərliyi tərəfindən jurnalistlər üçün ayrıca bir otaq ayrılacaq. Jurnalist binada sərbəst hərəkət edə və kimdən istəsə müsahibə ala bilməz”.
Qəzet yazır ki, digər təhlükəsizlik tədbirləri də nəzərdə tutulub, xüsusən də iclas zalının girişindəki foye hər iki tərəfdən şüşələnəcək, nəzarət-buraxılış məntəqələri qurulacaq. Qəzet hakim dairələrdəki mənbələrdən aldığı məlumat əsasında bu fövqəladə tədbirləri baş nazir N.Paşinyana qarşı sui-qəsd hazırlanması, hətta yenidən Ermənistan parlamentində terror aktı törədilməsi haqqında ölkənin təhlükəsizlik xidmətinə daxil olan siqnallarla əlaqələndirir. Ekspertlərin vurğuladıqları kimi, Ermənistan parlamentində yeni terror aktı təhlükəsinin mövcud olması barədə informasiyalar məğlub ölkədə daxili siyasi böhranı dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31