Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qabil Hüseynli: Ölkəmizin beynəlxalq imici daha da güclənir

Qabil Hüseynli: Ölkəmizin beynəlxalq imici daha da güclənir

10.08.2021 [08:47]

“Öz siyasətini daim milli maraqlar və meydana çıxan yeni qlobal çağırışlar əsasında quran Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində mühüm təşəbbüsləri ilə fərqlənir. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Azərbaycanın pandemiyaya qarşı qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn səyləri beynəlxalq aləm tərəfindən dəstəklənir”.
Bu fikirləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti mütəmadi olaraq koronavirus pandemiyasına qarşı qlobal mübarizənin aparılması istiqamətində həmrəylik və əməkdaşlığın gücləndirilməsi üçün çağırışlar edir. Politoloq qeyd edib ki, dünyada müxtəlif səbəblərdən vaksinləri əldə edə bilməyən ölkələrə yardım göstərilməsi üçün mühüm çağırışlar edən Azərbaycan dövlətinin apardığı siyasət nümunəvidir. Azərbaycanın beynəlxalq təşəbbüsləri ÜST tərəfindən də yüksək dəyərləndirilir. Bütün bunların fonunda ölkəmizin beynəlxalq imici daha da güclənir: “Azərbaycan dövləti hər zaman qlobal çağırışlarda təşəbbüskarlığı ilə seçilib. Ölkəmiz dünyada humanitar missiya icra edən dövlət kimi böyük rəğbət qazanıb. Pandemiyaya qarşı mübarizə çərçivəsində də ölkəmiz Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla 30-dan çox ölkəyə yardım edib. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından ölkələr arasında peyvəndlərin bərabər bölünməsinin təmin edilməsi üçün qətnamə irəli sürüb. 2021-ci ilin martında bu qətnamə yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan bir daha bərabərliyin, ədalətin tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirib”.

Paylaş
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31