Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elşad Musayev: Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi

Elşad Musayev: Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi

10.08.2021 [08:49]

“Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi. Ölkələrimiz həm dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını göstərdilər, həm də strateji müttəfiqlər kimi bundan sonrakı mərhələlərdə də birgə fəaliyyət göstərəcəklərini növbəti dəfə sübut etdilər”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
E.Musayevin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyə siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında olduğu kimi, qardaş ölkənin geniş ərazisini bürüyən meşə yanğınları zamanı xalqımız və dövlətimiz də öz dəstəyini göstərdi: “Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə dövlət başçısının birbaşa tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin, yanğının söndürülməsi üçün texnika və vasitələrin Gürcüstan ərazisindən qardaş ölkəyə göndərilməsi təqdirəlayiqdir”.
Partiya sədri deyib ki, Türkiyədəki təbii fəlakətin miqyasının genişlənməsinin qarşısını almaq üçün Azərbaycandan göndərilən yardım dəstələrinin fəal şəkildə çalışması həm Türkiyə dövləti, həm də qardaş ölkənin əhalisi tərəfindən yüksək dəyərləndirildi: “Təbii ki, azərbaycanlı mütəxəssislərin qardaş ölkədə yanğının lokallaşdırılması üçün fədakarlıq göstərmələri Türkiyə mediasının da diqqətindən yayınmadı. Məlum olduğu kimi, Türkiyə mətbuatının Azərbaycanın göstərdiyi qardaş köməyini yüksək dəyərləndirməsi də xalqlarımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir”.
Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31