Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əsli Kazımova: İstənilən milli məsələdə yumruq kimi birləşməliyik

Əsli Kazımova: İstənilən milli məsələdə yumruq kimi birləşməliyik

10.08.2021 [08:50]

“Siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Ötən il Vətən müharibəsi zamanı ölkəmizdə siyasi qüvvələrin birlik nümayiş etdirməsi, bütövlükdə, milli həmrəylik qələbənin əldə olunmasında müstəsna rol oynadı. Bu mənada, indiki halda bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır”.
Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, postmüharibə dövründə ölkəmizdə davam etdirilən siyasi dialoq sabitliyin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, bəzi qərəzli xarici qüvvələrin ölkə daxilində hər hansı bir siyasi qarşıdurma yaratmaq istəklərinin də üstündən xətt çəkmiş oldu: “Təbii ki, bəzi siyasi qüvvələrin bu həmrəylikdən kənarda qalması qəbuledilməzdir. Hər şeyi yalnız qara rəngdə görmək və qərəzli mövqe sərgiləmək birmənalı olaraq məkrli niyyətdən xəbər verir. Ona görə də hər bir məsələyə obyektiv, rasional düşüncə əsasında qiymət vermək lazımdır. Azərbaycan xalqı və dövləti böyük sınaqlardan keçib. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq”.

Paylaş
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31