Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabir Hacıyev: Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını təmin edib

Sabir Hacıyev: Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını təmin edib

10.08.2021 [08:51]

“Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını təmin edib”.
Bu fikri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, 2010-2020-ci illər ərzində Azərbaycanın ərazi bütövlüyü və keçmiş Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda qəbul olunmuş mühüm qərarlar, əldə olunmuş nailiyyətlər ölkəmizin mövqeyini möhkəmləndirib: “Ona görə ki, həmin dövrdə Avropa Parlamentinin müvafiq qətnamə və tövsiyələrində, Avropa Şurası Parlament Assambleyasının 2085 saylı (2016-cı il) qətnaməsində, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədində, NATO-nun Zirvə toplantılarının yekun sənədlərində, Qoşulmama Hərəkatının yekun aktları və kommünikelərində, İslam Əməkdaşlıq Təşkilatının sənədlərində, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyannamələrində və digər nüfuzlu beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub və ölkəmizin haqlı mövqeyi öz əksini tapıb”.
S.Hacıyev deyib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunsa da, son 10 il ərzində qurumun nüfuzlu üzvünə çevrilib və bu fəaliyyət ölkəmiz üçün uğurlu olub: “BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb”.
“Şübhəsiz, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə apardığı uğurlu fəaliyyət, o cümlədən 2019-cu ildə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə görüşündə, 2020-ci ildə keçirilən Münxen Təhlükəsizlik Konfransında təcavüzkarı ifşa etməsi qələbəmizi yaxınlaşdırdı. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın edərək uzun illər işğal altında olan ərazilərimizi azad etdi”, - deyə S.Hacıyev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31