Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DOST Agentliyinin 3 yaşı tamam olub

DOST Agentliyinin 3 yaşı tamam olub

10.08.2021 [10:54]

DOST Agentliyinin yaranmasının 3 ili tamam olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən yaradılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi ilə yanaşı, sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək DOST mərkəzlərində 471 min 674 vətəndaşa xidmət göstərilib. Ümumi müraciətlərin 72,5 faizi (341 min 969) sosial müdafiə, 13,2 faizi (62 min 282) məşğulluq, 10,55 faizi (49 min 741) əlillik, 3,25 faizi (15 min 341) arayışların verilməsi, 0,5 faizi (2 min 341) isə əmək münasibətləri sahələrinə aid olub.

DOST mərkəzləri üzrə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən 56 min 906 sosial xidmət göstərilib. Sosial xidmət göstərilən vətəndaşlar, əsasən tənha ahıl və əlilliyi olan şəxslərdir.

“Çağrı Mərkəzi 142” tərəfindən isə ötən dövr ərzində 1,3 milyon vətəndaş müraciəti cavablandırılıb.

Hazırda DOST mərkəzlərində, ümumilikdə, 186 könüllü fəaliyyət göstərir. İndiyə qədər 940 nəfər “Könüllü DOST” proqramının məzunu olub. Onlardan 99-u artıq DOST Agentliyinin aparatının və DOST mərkəzlərinin əməkdaşı kimi fəaliyyətini davam etdirir.

Mərkəzlərin fəaliyyəti dövründə vətəndaş məmnunluğu 97,5 faiz təşkil edib. DOST mərkəzlərində əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə ümumilikdə 152 növdə xidmət göstərilir. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılması nəzərdə tutulub.

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31