Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DİN: COVID-19 pasportu olmadığına görə ötən gün 2217 nəfər toy şənliklərinə buraxılmayıb

DİN: COVID-19 pasportu olmadığına görə ötən gün 2217 nəfər toy şənliklərinə buraxılmayıb

10.08.2021 [11:39]

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 9-da Bakı şəhərində və respublikanın digər ərazilərində 290 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bundan başqa, 2 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib.

COVID-19 pasportu olmadığına görə 2217 nəfər toy şənliklərinə buraxılmayıb.

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31