Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sosial həssas qrupa aid şəxslərin dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsili dövlət büdcəsi hesabına olacaq

Sosial həssas qrupa aid şəxslərin dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsili dövlət büdcəsi hesabına olacaq

10.08.2021 [12:23]

Sosial həssas qrupa daxil olanlar - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov söyləyib. O bildirib ki, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin də dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Xatırladaq ki, avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. Tələbə qəbulu elektron aparılacaq və avqustun 20-dək davam edəcək. Peşə təhsili almaq istəyənlər portal.edu.az vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu tədris ilində peşə məktəblərinə qəbul üçün 21 min 260 yer ayrılıb. Tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

Paylaş
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31