Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nəsimi rayonunda daha bir park abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda daha bir park abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

10.08.2021 [15:33]

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca X.Şuşinski və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4000 kvadratmetr sahəsi olan parkda başlanmış abadlıq, quruculuq, yenidənqurma işləri başa çatdırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, yeni avadanlıq və qurğular quraşdırılıb, yeni oturacaqlar qoyulub. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılaraq mövcud ağaclar budanıb, mövsümi çiçəklər əkilib, müasir tələblərə cavab verən 14 ədəd gecə işıqlandırma sistemi, bir ədəd mühafizə kamerası quraşdırılıb, 2000 kvadratmetr əraziyə qazon, 1000 kvadratmetr əraziyə isə tamet daşları döşənib. Əsaslı təmir zamanı 370 paqonometr yeni bordür daşları qoyulub, 500 metrdən artıq suvarma xətti çəkilib və bulaq kompleksi yaradılıb. Əlil arabalarının giriş-çıxışı üçün panduslar və 12 ədəd idman fitnes aləti quraşdırılıb. Uşaq oyun və idman meydançalarına 200 kvadratmetr rezin örtük döşənib, şahmat meydançası salınıb.

Sakinlər əsaslı təmirdən sonra parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, yenidənqurma işlərinə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31