Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının X hesabat konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının X hesabat konfransı keçirilib

10.08.2021 [15:39]

Avqustun 10-da Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının videoformatda  X hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər  Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi  təsdiqləndikdən sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov hesabat məruzəsi ilə çıxış edib. Məzahir Bayramov qeyd edib ki, konfransın Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərini və postmüharibə dövrünün  reallıqları fonunda müstəqilliyimizin  ən şərəfli tarixini yaşadığımız bir zamanda keçirilməsi hər birimizdə qürur hissi doğurur. Hesabat dövrü Azərbaycanın uğurlarında öz payı, rolu olan  Yeni Azərbaycan Partiyası üçün çox əlamətdar hadisələrlə  zəngin olub. Dövlətimizin inkişafına və möhkəmlənməsinə, Vətən müharibəsindəki tarixi Zəfərimizə töhfələr verən YAP  VII qurultayından sonra  yeni tarixi dövrə qədəm qoyub.

M.Bayramov bildirib ki,  hesabat dövründə rayon  təşkilatının sosial bazasının genişləndirilməsi üçün xeyli iş görülüb. Hesabat dövründə  partiya sıralarına 788 nəfər yeni üzv qəbul olunaraq ümumi say 8000 nəfərə çatıb. Onların 4018 nəfəri qadınlar, 2881 nəfəri isə gənclərdir.

Sonra  Yeni  Azərbaycan Partiyası Tovuz  rayon təşkilatının  Nəzarət-Təftiş Qrupunun  sədri  Niyazi Tağıyevin hesabatı dinlənilib.

Müzakirələr zamanı çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Fazil Məhərrəmov, təşkilatın Gənclər Birliyinin sədr müavini  Vüqar Əhmədov, rayon təşkilatının İdarə Heyətinin üzvü, Şəhriyar küçəsi ərazi ilk partiya təşkilatının sədri  Paşa Muradov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, milyonların partiyası olduğunu uğurları ilə təsdiqləyən YAP-ın gələcəyinə inam böyükdür.

Ə.Tağıyev vurğulayıb ki, bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun yazdığı Zəfərin  sevincini yaşayır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab İlham Əliyevin ətrafında sıx birləşərək,  azad edilmiş torpaqlarda yeni həyatın bərpasına öz töhfələrini verməyə səy göstərir.

Partiyanın VII qurultayında qəbul olunan qərarların yeni çağırışlarla vəhdət təşkil etdiyini  önə çəkən  Ə.Tağıyev YAP Tovuz  rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb və tövsiyələrini çatdırıb.

Konfransda YAP Tovuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31