Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər

10.08.2021 [15:44]

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Köyceğiz rayonunda yanğınların qarşısının alınması işlərini böyük əzmkarlıqla davam etdirirlər.

AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alırlar. FHN-in əməkdaşları həmin kəndlərdə dağlıq ərazilərdə yanğınların söndürülməsi və alovun evlərə yaxınlaşmasının qarşısını fədakarlıqla alırlar. Yerli əhali azərbaycanlı yanğınsöndürənlərin bu ərazilərdə göstərdiyi şücaətə görə minnətdarlıqlarını ifadə edirlər.

Xatırladaq ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.

Paylaş
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31