Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət Miqrasiya Xidməti Qobustanda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti Qobustanda maarifləndirmə tədbiri keçirilib

10.08.2021 [16:08]

Ağsu regional miqrasiya idarəsi tərəfindən Qobustanda “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında insan alverinin qarşısının alınması” və “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə ətraflı məlumat verilib. Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31