Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Ağstafa rayon təşkilatının IX hesabat konfrası keçirilib

YAP Ağstafa rayon təşkilatının IX hesabat konfrası keçirilib

10.08.2021 [18:16]

Avqustun 10-da Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Ağstafa rayon təşkilatının sədr əvəzi Lalə Eyyubovanın hesabat məruzəsi dinlənilib. Bildirib ki, ulu öndər Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir. Rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği təşkil edir. Bu məqsədlə rayon təşkilatında müntəzəm olaraq müxtəlif məzmunlu tədbirlər, konfranslar, görüşlər, idman, bilik yarışları və digər tədbirlər keçirilib.

L.Eyyubova qeyd edib ki, hazırda rayon təşkilatı 68 ərazi ilk partiya təşkilatında 6480 partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3585 nəfəri qadınlar, 2142 nəfəri isə gənclərdir. Hesabat dövründə 1008 nəfər partiya sıralarına qəbul edilib ki, onlardan 702 nəfərini qadınlar, 471 nəfərini isə gənclər təşkil edir.

Sonra YAP Ağstafa rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sahib Salıfov hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı Ağstafa Rayon İcra Hakiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, YAP Ağstafa rayon təşkilatının şura üzvü Qalib Cəfərov, rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülgün Kərimov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı bəhs edib, YAP Ağstafa rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Ağstafa rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31