Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göz yorğunluğunu necə azaltmaq olar?

Göz yorğunluğunu necə azaltmaq olar?

11.08.2021 [09:00]

Kompüter qarşısında uzun müddət oturanda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Aparılan araşdırmalara görə, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır.
Mövzu ilə bağlı həkim-oftalmoloq Lalə Ağayeva bildirib ki, bəzi məsləhətlərə əməl etməklə göz yorğunluğunu azaltmaq mümkündür: “Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər. Bundan əlavə, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar”.
“Ən ideal göz masajı kimi hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxın və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda ona o qədər aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn, 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur”, - deyə həkim-oftalmoloq bildirib.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31