Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elçin Mirzəbəyli: Bu qardaşlığın təməlində təmənnasız sevgi və diqqət dayanır

Elçin Mirzəbəyli: Bu qardaşlığın təməlində təmənnasız sevgi və diqqət dayanır

11.08.2021 [09:09]

“Azərbaycanla Türkiyənin ortaq tarixə, mədəniyyətə və milli iradəyə söykənən qardaşlıq münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxıb və bu reallıq heç zaman dəyişməyəcək. Məhz bu səbəbdən ən çətin anlarda hər iki dövlətin və onların vahid millətinin, milli iradəmizi ifadə edən siyasi liderlərimizin qarşılıqlı dəstəyi kimsəni təəccübləndirmir və tamamilə təbii qəbul olunur”.
Bu fikirləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. E.Mirzəbəyli bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi kifayət qədər həssas bir ərazidə yerləşən bölgəmizdə təhlükəsizlik və rifah naminə balansın qorunmasına, ədalətin bərqərar olmasına xidmət edən münasibətlərdir. Bu birlik və həmrəylik həm 44 günlük Vətən müharibəsində, həm də indi - Türkiyədə baş verən güclü meşə yanğınlarının söndürülməsinə Azərbaycanın verdiyi dəstəkdə özünü ifadə etdi: “Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son telefon danışığında qardaş ölkəyə dəstəyimizin davam edəcəyini vurğulaması, fikrimcə, Azərbaycanın qardaş ölkənin problemlərinə öz problemləri kimi yanaşdığını nümayiş etdirir. Zənnimcə, bu münasibət Azərbaycan-Türkiyə qardaşlığının özünü növbəti dəfə əməldə büruzə verən gerçək simasıdır. Bu qardaşlığın təməlində təmənnasız sevgi və diqqət dayanır. Şübhəsiz ki, bu birlik, bu həmrəylik hər iki dövlətin bütün maneələri aşmasına imkan yaradacaq”.

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31