Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abutalıb Səmədov: COVID-19 infeksiyasına yoluxanların sayının sürətlə artması ciddi narahatlıq yaradır

Abutalıb Səmədov: COVID-19 infeksiyasına yoluxanların sayının sürətlə artması ciddi narahatlıq yaradır

11.08.2021 [09:12]

“Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması ciddi narahatlıq yaradır. Mütəxəssislərin bildirdikləri kimi, yoluxanların sayı azalan kimi vətəndaşlarda arxayınlıq yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi yoluxma sayının artmasına rəvac verib və bu, yenidən karantin rejiminin sərtləşdirilməsi məsələsini gündəmə gətirə bilər”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, indiyə qədər dövlətin pandemiya ilə effektiv mübarizə üçün həyata keçirdiyi tədbirlər sayəsində müsbət nəticələr əldə olunub. “Pandemiya ilə mübarizə məqsədilə zəruri infrastruktur yaradılıb, vətəndaşların müalicə və müayinəsi üçün bütün zəruri imkanlar təmin edilib. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb”, - deyən A.Səmədov vurğulayıb ki, mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal cəlb olunmalı, peyvəndlərin vurulması işi sürətləndirilməlidir.
O əlavə edib ki, Azərbaycan vətəndaşları dövlətin pandemiya ilə mübarizə sahəsində yaratdığı şəraitdən səmərəli istifadə etməlidirlər: “Dünyanın inkişaf etmiş ölkələri ilə eyni vaxtda peyvəndləmə prosesinə başlayan Azərbaycan dövləti bir neçə ölkənin istehsal etdiyi vaksinləri qısa müddətdə almaqla bu mühüm prosesi mümkün qədər tez və səmərəli təşkil etmək əzmində olduğunu göstərib. Buna görə də bütün vətəndaşlara pulsuz şəkildə peyvənd olunmaq şəraiti yaradan dövlətin bu sahədə gördüyü işə dəstək üçün əhali vaksinasiya prosesinə daha kütləvi şəkildə qoşulmaldır. Peyvəndləmə işinin sürətləndirilməsi ilə yanaşı, gigiyena qaydalarına da ciddi şəkildə əməl olunmalıdır. Çünki yoluxanların sayının artması davam edərsə, yenidən karantin rejiminin sərtləşdirilməsi yönündə addımlar atılması qaçılmaz olacaq”.
Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31