Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Asim Mollazadə: Azərbaycan və Türkiyə arasında münasibətlər dünyada analoqu olmayan dostluq və qardaşlıq nümunəsidir

Asim Mollazadə: Azərbaycan və Türkiyə arasında münasibətlər dünyada analoqu olmayan dostluq və qardaşlıq nümunəsidir

11.08.2021 [09:14]

“Azərbaycan və Türkiyə arasında münasibətlər dünyada analoqu olmayan dostluq və qardaşlıq nümunəsidir. Bir millətin iki dövlətinin ən çətin zamanlarda bir-birinə dayaq olmasına bir daha şahid olduq. Türkiyəni bürüyən meşə yanğınlarının söndürülməsində və daha geniş miqyasda yayılmasının qarşısının alınmasında öz dəstəyini göstərən Azərbaycan dövləti qardaş ölkənin yanında olduğunu bir daha nümayiş etdirdi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
A.Mollazadə deyib ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanın atdığı addımlar bütün dünya ölkələri üçün bir örnəkdir: “Azərbaycanın göstərdiyi münasibət, Şuşa Bəyannaməsində vurğulandığı kimi, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin real həyatda öz əksini tapmasıdır”.
“Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini unutmamışıq və heç vaxt unutmayacağıq. Türkiyədə meşə yanğınlarının söndürülməsində Azərbaycanın hərtərəfli dəstəyi də bizim birliyimizin və həmrəyliyimizin əbədi olacağını göstərir. Türkiyə mediası da Azərbaycan dövləti və xalqının hər zaman olduğu kimi, qardaşının yanında olmasını geniş işıqlandırıb və bütün dünyaya nümunə kimi göstərib”, - deyə partiya sədri əlavə edib.
Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31