Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elnur Babayev: Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur

Elnur Babayev: Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur

11.08.2021 [09:24]

Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar insanların məsuliyyətsizliyi ucbatından bir anda məhv olur. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u insanların odla ehtiyatsız davranma və ya meşədə istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev bildirib ki, xüsusilə qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. O xatırladıb ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur: “Qanunvericiliyə əsasən, yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı hadisənin nəticəsindən asılı olaraq inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Unutmamalıyıq ki, yanğın təhlükəsizliyi qaydalarına biganə yanaşma səbəbindən baş verən kiçik yanğın miqyasını genişləndirərək insanın xəsarət almasına, həyatını itirməsinə və ya daha böyük faciəyə yol açmış olar. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən əhalinin yanğın təhlükəsizliyi sahəsində biliklərinin artırılması, hadisədən dəyə biləcək maddi və mənəvi zərərin törədə biləcəyi fəsadlarla bağlı izahedici söhbətlər aparılır, bu səpkidə olan materialların işıqlandırılmasında kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilir. Dövlət Yanğın Nəzarəti Xidməti vətəndaşlara qaydalara biganə yanaşmamağı, bu biganəliyin həyat və sağlamlıqları üçün təhlükə törədə biləcəyini bir daha xatırladır”.
“İsti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda, insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq”, - deyə şöbə rəisi vurğulayıb.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31