Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müşfiq Məmmədli: Vətəndaşlarımız məsuliyyətli davranmalı, vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

Müşfiq Məmmədli: Vətəndaşlarımız məsuliyyətli davranmalı, vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

11.08.2021 [09:25]

“Ölkəmizdə COVID-19 virusuna ilk yoluxma halı qeyd olunan andan effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir. Dövlətimiz istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Eləcə də bu virusa qarşı vaksinasiyanın təşkili istiqamətində mühüm addımlar atılıb. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır və dövlətimiz əhalinin sağlamlığının qorunmasını özünün strateji vəzifəsi hesab edir”.
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Millət vəkilinin fikrincə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır ki, onların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alırlar: “Təəssüfləndirici haldır ki, indiki halda karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinə icazə verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olur. Vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması yoluxma sayında yüksək dinamikanın müşahidə olunmasına yol açmaqdadır. Nəticə etibarilə, xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilənlərin, habelə ölüm hallarının sayında da ciddi artım nəzərə çarpır. Qeyd edilməlidir ki, artıq dünyanın bir sıra ölkələrində müəyyən sərtləşdirmə tədbirlərinə əl atılır. Bu kimi məhdudiyyətlərin ölkəmizdə də tətbiq edilməməsi üçün vətəndaşlarımız mütləq şəkildə məsuliyyətli davranmalı və karantin rejiminin qaydalarına riayət etməli, vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda tibbi maskadan istifadə etməli, ara məsafəsi saxlamalıdırlar. Əks halda, yoluxma sayının artım dinamikası daha da yüksələ bilər”.

Paylaş
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31