Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Laçın rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi İlyas Şahvələdovu yad ediblər

YAP Laçın rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi İlyas Şahvələdovu yad ediblər

11.08.2021 [10:44]

Laçın rayonunun Qorçu kəndi sakini olmuş, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İlyas Etibar oğlu Şahvələdov doğum günündə valideynlərinin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində 21 saylı köçkünlər qəsəbəsində yad olunub. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının fəalları və Laçın Rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının məsul işçiləri, idarə rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla anıldığı tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Çıxış edənlər 25 yaşı tamam olan şəhid İlyas Şahvələdovun keçdiyi qısa və mənalı həyat yolundan danışıblar, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağın, tarix yazan qəhrəmanların and yerimizə, ziyarət məkanına çevirməyin vaciblyindən bəhs ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı ilə əhatə olunması, problemlərinin vaxtında həll edilməsi təşkil edir. 

Şəhidin atası Etibar Şahvələdov şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31