Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Turizm Bürosunun və Dövlət Turizm Agentliyinin nümayəndələri Naftalanda olublar

Azərbaycan Turizm Bürosunun və Dövlət Turizm Agentliyinin nümayəndələri Naftalanda olublar

11.08.2021 [14:16]

Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid, Destinasiyalarla iş sektorunun müdiri Don Taylor, Dövlət Turizm Agentliyinin (DTA) Regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov, ATB-nin turizm məhsulu sektorunun müdiri Şərifə Həsənova, Gəncə Destinasita Menecment Təşkilatının direktoru Zaur Bayramov və digər məsul əməkdaşlar Naftalan şəhərində olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlarla görüşən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyasına uyğun olaraq Naftalanda həyata keçirilən layihələrlə bağlı məlumat verib.

Sonra qonaqlar Naftalanda turizm informasiya mərkəzinin və velosiped kirayəsi dayanacağının son tamamlama işlərinə baxıblar. Həmçinin şəhərdə quraşdırılmış yerli və xarici turislər üçün yeni istiqamətverici turizm məlumat nişanları ilə, eləcə də layihəsi planlaşdırılmış amfiteatrın qurulacağı ərazi ilə tanış olublar.

Daha sonra ATB və DTA-nın əməkdaşları Naftalanda qədim tunc dövrünə aid Qalaboynu adlandırılan çoxtəbəqəli yaşayış yerinə gəliblər. Naftalanın dünyada analoqu olmayan şəfaverici nefti ilə yanaşı, həm də böyük arxeoloji turizm potensialına malik olması diqqətə çatdırılıb.

Qonaqlar 44 günlük Vətən müharibəsi dövründə şəhərin tanıtma lövhəsinin üzərində düşmən tərəfindən atılmış mərminin izləri və erməni vandalizmi ilə bağlı quraşdırılmış məlumatlandırıcı lövhə ilə də tanış olublar.

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31