Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təyyar Eyvazov: “Əks-göstəriş sertifikatı” əsasən müddətli təyin ediləcək

Təyyar Eyvazov: “Əks-göstəriş sertifikatı” əsasən müddətli təyin ediləcək

11.08.2021 [15:50]

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə veriləcək “Əks-göstəriş sertifikatı” müddətli təyin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun dediyinə görə, “Əks-göstəriş sertifikatı”nın qüvvədə olma müddəti anemnezidə (xəstə haqqında məlumatlar, onun xəstəlikləri və inkişaf tarixi) olan məlumatlardan asılıdır. “Əks-göstəriş sertifikatı” verilənlər bir müddət sonra xəstəliyin gedişindən asılı olaraq peyvəndə göstəriş yarandıqda vaksinasiya oluna bilərlər. “Əks-göstəriş sertifikatı” istisna hallarda müddətsiz verilə bilər, lakin belə xəstələrin sayı çox azdır”.

T.Eyvazov peyvəndə əks-göstərişi olan xəstəliklər barədə deyib: “Hamilələr və süd verən analar, kəskin allergik xəstələr və müxtəlif orqanların xəstəliklərinin kəskinləşmə dövrünü yaşayanlar, həmçinin kimyaterapiya müalicəsi alan onkoloji xəstələrin koronavirusa qarşı istifadə edilən peyvəndlərə qarşı birmənalı olaraq əks-göstərişləri var. Vətəndaşlar “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” verilir.

Qeyd edək ki, Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olanlara “Əks-göstəriş sertifikatı”nın verilməsinə avqustun 9-dan başlanılıb.

Paylaş
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31