Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan İrana nota verib

Azərbaycan İrana nota verib

11.08.2021 [16:50]

Avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib.

Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb.

Görüş zamanı narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən bu kimi hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31