Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda regional turizm startap təlimçilərinin bazası yaradılıb

Azərbaycanda regional turizm startap təlimçilərinin bazası yaradılıb

11.08.2021 [17:07]

Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə həyata keçirilən (ATB) "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) startap proqramı çərçivəsində iyulun 22–dən avqustun 6-dək təlimçi və mentorlar üçün treninqlər keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycanda turizm, sahibkarlıq və startaplar üçün maliyyə, marketinq, xidmət və kommunikasiya kimi mövzuları əhatə edən bir sıra nəzəri biliklərə və təcrübəyə əsaslanan təlimləri əhatə edib.

Azərbaycanın müxtəlif bölgələrindən qatılan 20-yə yaxın təlimçi və mentor RİTM-in tədris və potensialın artırılması proqramında öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb.

DTA-nın Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov “Alman İnkişaf Agentliyi”nin (GIZ) Azərbaycan ofisi ilə əməkdaşlıq çərçivəsində onlayn proqram vasitəsilə təşkil olunan təlimin yeni və xüsusi təlimçilər bazası yaratdığını deyib. Onun sözlərinə görə, sözügedən baza Azərbaycanın regional turizm konteksti üçün xüsusi olaraq hazırlanmış RİTM proqramının başlanğıc təlim kursunu həyata keçirəcək.

Təlimlər qonaqpərvərlik və turizm təhsili üzrə beynəlxalq ekspert, baş təlimçi Lisa Gordon Davis, o cümlədən, “Ekvita” şirkətinin hüquq üzrə meneceri Sevil Yəhyayeva, KOB dostu (Bakı) Kamran Bağırzadə, KOBİA-nın Regional layihələrlə iş və monitorinq şöbəsinin baş mütəxəssisi (şöbə müdirinin müavini) Sabir Zeynalov, eləcə də müxtəlif mövzular üzrə ATB mütəxəssisləri tərəfindən keçirilib.

2021-ci ilin sonunda keçiriləcək milli finalda seçiləcək ilk üç yerin sahibi ümumi dəyəri 17 500 AZN olan investisiya əldə etməklə bərabər, “PWC Azərbaycan” peşəkar xidmətlər şirkətinin aparıcılığı ilə təşkil olunacaq akselerasiya proqramında da iştirak edəcəklər.

RİTM proqramı haqqında ətraflı məlumat üçün https://ritm.tourismboard.az saytına daxil ola bilərsiniz.

Paylaş:
Baxılıb: 307 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30