Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jurnalistlər 2 saylı Uşaq Reabilitasiya Mərkəzində göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

Jurnalistlər 2 saylı Uşaq Reabilitasiya Mərkəzində göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

11.08.2021 [17:08]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kütləvi informasiya vasitələrinin nümayəndələrinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri ilə əyani tanışlığı üçün agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı ölkədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğu, reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, 2019-2020-ci illərdə və bu ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib.

Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanları daim genişləndirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.

Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Burada il ərzində 600-dək uşağa bərpa müalicəsi xidmətləri göstərilir.

Müəssisədə həmin kateqoriyadan olan uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilir, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.

Media nümayəndələri mərkəzdə yaradılmış şəraitlə, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərlə tanış olublar.

Jurnalistlərə reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi və ona uyğun veb-əsaslı növbəlilik sistemi barədə də məlumat verilib.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31