Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

11.08.2021 [19:36]

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistanda səfərdədir.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Hulusu Akar səfər çərçivəsində bu ölkənin müdafiə sənayesi naziri Zübeydə Calal ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı, terrorizmlə mübarizə və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hulusi Akar müdafiə sənayesi sahəsində iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri terrorçu təşkilatlarla, o cümlədən Fəthullah Gülən terror təşkilatı (FETO) ilə mübarizədə fəaliyyətin əlaqələndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Paylaş
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31