Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir

Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir

12.08.2021 [08:58]

Avqustun 2-də Ermənistanda parlament və hökumətin formalaşdırılmasına başlansa da, məğlub ölkədə daxili siyasi vəziyyət kifayət qədər gərgindir. Müxalifət nümayəndələrinin, o cümlədən qanuni olaraq deputat seçilən şəxslərin həbsdə saxlanılması, parlamentdə hər gün müşahidə edilən qarşıdurma, diplomatik korpusdakı ciddi dəyişikliklər siyasi böhranın davam etdiyini sübut edir.
Ermənistan mediası yazır ki, seçkidən əvvəl olduğu kimi, paytaxt Yerevanda vətəndaşların müxtəlif tələblərlə keçirdikləri etiraz aksiyaları da davam edir. Yeri gəlmişkən, “Panorama.am”ın məlumatına əsasən, erməni hərbçilərin yaxınları artıq neçə gündür hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Məlumatda o da qeyd edilir ki, Paşinyanın qarşısında konkret tələblər qoyan aksiya iştirakçıları avqustun 11-də gecəni hökumət binasının qarşısında keçiriblər.
Bu arada, Ermənistanın yeni parlamentinin iclasları, demək olar ki, insidentsiz ötüşmür. “Newsarmenia.am” yazır ki, avqustun 11-də keçirilən növbəti iclasda spiker Alen Simonyanın baş nazir Paşinyana “kapitulyant” deyən müxalifətçi deputatı iclas zalından qovması əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə, parlamentin sədri mühafizəçiləri zala çağırmalı olub.
Qeyd olunduğu kimi, hakimiyyətin diplomatik korpusda yerdəyişmələrə başlaması ciddi narazılıqların baş qaldırmasına gətirib çıxarıb. “Past” qəzeti yazır ki, diplomatik korpusda, o cümlədən Ermənistanın müxtəlif ölkələrdəki səfirliklərində kadr dəyişiklikləri birmənalı qarşılanmır. Qəzetin yazdığına görə, xarici ölkələrdəki erməni icması və diasporunun nümayəndələri hakimiyyətin yeni səfir təyinatlarından kifayət qədər narazıdırlar. Siyasi fiqurların artıq reallaşdırılan və gözlənilən təyinatı erməni diplomatların da ciddi narazılığına səbəb olub. Qeyd olunur ki, hökumətin diplomatiya və beynəlxalq münasibətlərlə əlaqəsi olmayan şəxslərə səfir rütbəsini verməsi, sadəcə olaraq, həmin sahədə uzun illər çalışanları təhqir etməkdir.
Göründüyü kimi, sosial-iqtisadi, hərbi, siyasi və digər sahələrdə olduğu kimi, Ermənistanda diplomatiya sahəsində də tənəzzül dərinləşməkdə davam edir. Xarici ölkələrdəki erməni icma və diaspor təmsilçilərinin hakimiyyətin təyin etdiyi yeni səfirlərdən ciddi narazılıq etməsi isə problemin daha kəskin xarakter alacağını deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31