Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal müxalifətin növbəti manipulyasiyası

Radikal müxalifətin növbəti manipulyasiyası

12.08.2021 [09:02]

44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbə qazanması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəsna tarixi hadisədir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan öz milli gücü ilə böyük Zəfər əldə etməklə yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
Təbii ki, ermənipərəst dairələr, erməni lobbisi, revanşist düşüncələrlə alışıb-yananlar Ermənistanın sarsıdıcı məğlubiyyətindən, Azərbaycanın “dəmir yumruq” hesabına yaratdığı gerçəklikdən məmnun deyillər. Lakin tarixi ədalətin bərpasını həzm edə bilməyən başqa bir qruplaşma da var: bunlar ölkəmizdəki radikal müxalifət düşərgəsi, onların xaricdəki marginal uzantıları, bir sözlə, “beşinci kolon”dur. Ermənipərəst dairələrlə sinxron hərəkət edən bu fürsətbaz və siyasətbaz antimilli ünsürlər hazırda missiyalarını davam etdirirlər: bu, davamlı olaraq sosial şəbəkələrdə Azərbaycan xalqına və dövlətinə qarşı qara piar kampaniyası aparmaqdır.
Hazırda antimilli ünsürlər qalib Azərbaycanın yaratdığı yeni reallıqları təhrif etməyə çalışır, həqiqətə uyğun olmayan absurd iddialar - gülünc yalanlar səsləndirirlər. Xüsusilə də, marginal qruplaşma son zamanlar sosial şəbəkələrdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsini hədəfə almağa, absurd iddialar səsləndirməklə ictimai rəyi yanıltmağa cəhd göstərir. Amma onların özləri və xidmət etdikləri anti-Azərbaycan dairələr də yaxşı bilirlər ki, qalib Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, ölkəmizin regionda və qlobal miqyasda mövqeyi daha da möhkəmlənir. Bu gün respublikamız bölgədə təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Xüsusilə də, ölkəmizin Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirməsi mühüm əhəmiyyətə malikdir. Bu, qədim Azərbaycan torpağı olan Zəngəzurun Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada kommunikasiya və inteqrasiya mərkəzinə çevrilməsini şərtləndirəcək amildir. Bununla yanaşı, yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi işbirliyində, sülh və təhlükəsizlikdə maraqlı olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını təmin edəcək. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanmasına təkan olacaq.
Beləliklə, ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edən “beşinci kolon”un absurd iddiaları bütün bu reallıqların fonunda olduqca cılız görünür və gülüş doğurur. Ona görə də radikal düşərgə təmsilçilərinin sosial şəbəkədə apardıqları qara piar kampaniyası hər zamankı kimi fiaskoya məhkumdur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31