Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arzuman Abdulkərimov: Peyvəndləmə prosesi pandemiyaya qarşı mübarizədə çox mühüm əhəmiyyətə malikdir

Arzuman Abdulkərimov: Peyvəndləmə prosesi pandemiyaya qarşı mübarizədə çox mühüm əhəmiyyətə malikdir

12.08.2021 [09:05]

“Bütün dünya qlobal bəlaya çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə səfərbər olub. Azərbaycanda bu istiqamətdə görülən tədbirlər təqdirəlayiqdir. Dövlətimiz virusa ilk yoluxma halı qeydə alınan andan COVID-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görməkdədir. İstər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll edilir. Peyvəndləmə prosesi pandemiyaya qarşı mübarizədə çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə dünyada ön sıralarda yer alır”.
Bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
Onun sözlərinə görə, son dövrlərdə yoluxma sayının artmasının müşahidə olunması vətəndaşları daha məsuliyyətli olmağa sövq edir. “Mütəxəssislərin qeyd etdikləri kimi, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinə icazə verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olur. Vətəndaşlarda yaranan arxayınlıq, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması yoluxma hallarının artmasına gətirib çıxarır. Nəticədə, xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım baş verir. Ona görə də vətəndaşlarımız vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar. Bununla yanaşı, qapalı məkanlarda maskadan istifadə etməli, ara məsafəsi saxlamalı və gigiyenik qaydalara riayət etməlidirlər”, - deyə A.Abdulkərimov bildirib.

Paylaş
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31