Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arzuxan Əlizadə: Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq nümunəsidir

Arzuxan Əlizadə: Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq nümunəsidir

12.08.2021 [09:07]

“Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq nümunəsidir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, həmin dövrdə Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi, o cümlədən regionda yaranan yeni siyasi-iqtisadi reallıqlar Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını daha da möhkəmləndirib. Eyni zamanda, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün strateji əhəmiyyət kəsb edir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin son telefon danışığında müzakirə olunan məsələlər onu sübut edir ki, biz, həqiqətən də, bir millət, iki dövlətik, qardaşlığımız əbədidir. “Həmin telefon danışığında əsas müzakirə mövzusu qardaş ölkədə baş verən yanğınlara qarşı mübarizədə Azərbaycanın göstərdiyi dəstəklə bağlı olub. Azərbaycan dövləti çətin günlərdə Türkiyəni yalnız qoymadı, qardaş ölkəyə dəstək verdi, zəruri imkan və resurslar kömək üçün səfərbər edildi. Bu, əsl qardaşlıq nümunəsidir”, - deyə A.Əlizadə əlavə edib.

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31