Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sübut Əsədov: Vətəndaşların vaksinasiya prosesində daha fəal iştirak etmələri vacibdir

Sübut Əsədov: Vətəndaşların vaksinasiya prosesində daha fəal iştirak etmələri vacibdir

12.08.2021 [09:11]

“Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın qeydə alındığı ilk günlərdən etibarən bütün zəruri addımlar atılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər sayəsində müsbət nəticələr əldə olunub. Digər tərəfdən, Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədovun sözlərinə görə, son günlərdə Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma və ölüm hallarının artması narahatlıq doğurur: “Kütləvi vaksinasiya prosesi başlayandan sonra ölkəmizdə yoluxma sayının azalması ilə Azərbaycanda sərt karantin rejiminin yumşaldılması üçün bəzi tədbirlər görülüb. Mütəxəssislərin bildirdikləri kimi, karantin rejiminin yumşaldılması nəticəsində açıq havada maska rejiminin ləğvi, metronun açılması, şənlik mərasimlərinə icazə verilməsi koronavirusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub”.
Partiya sədri deyib ki, ölkəmizdə yoluxma və ölüm sayında artımın bu templə davam etməsi yenidən məhdudiyyətlərin tətbiqi məsələsini gündəmə gətirə bilər: “Üstəlik, dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin artımın müşahidə olunması təhlükənin ciddiliyindən xəbər verir. Eyni zamanda, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır. Mövcud vəziyyətdə pandemiya ilə mübarizə üçün ən təsirli vasitə vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması olsa da, eyni zamanda, qapalı məkanlarda maskadan istifadə, sosial məsafəyə, gigiyenik qaydalara riayət olunması da bu işə mühüm töhfə olar. COVID-19-un geniş yayılmasının qarşısını almaq üçün vətəndaşların vaksinasiya prosesində daha fəal iştirak etmələri vacibdir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31