Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “YAŞAT” Fondunun nümayəndə heyəti Türkiyədə müalicə alan ağır yaralılarımızı ziyarət edib

“YAŞAT” Fondunun nümayəndə heyəti Türkiyədə müalicə alan ağır yaralılarımızı ziyarət edib

12.08.2021 [11:55]

“YAŞAT” Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində keçirilən görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə edilib.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Eyni zamanda, Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond tərəfindən bu günə qədər 123 ağır yaralı qazi müalicə üçün Türkiyəyə göndərilib.

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31