Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / UEFA Konfrans Liqası: Bu gün “Qarabağ” klubu Kiprin AEL komandasını qəbul edəcək

UEFA Konfrans Liqası: Bu gün “Qarabağ” klubu Kiprin AEL komandasını qəbul edəcək

12.08.2021 [11:58]

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı estoniyalı baş hakim Kristo Tover idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.

Paylaş
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31