Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XII hesabat konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XII hesabat konfransı keçirilib

12.08.2021 [13:46]

Avqustun 12-də Yeni Azərbaycan Partiyası Balakən  rayon təşkilatının videoformatda XII  hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Balakən rayon təşkilatının sədri Azad Balayev   hesabat məruzəsi  ilə çıxış edib. Azad Balayev hesabat dövründə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə  rəşadətli  Ordumuz  44 gün ərzində 30 illik işğala son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

A.Balayev təşkilatın hesabat dövründə həyata keçirdiyi tədbirlərin xronologiyasını təqdim edərək vurgulayıb ki, hər bir mühüm hadisəyə, tarixi günə həsr olunan tədbirlərdə məqsəd onların bu günümüz üçün əhəmiyyətini təbliğ etmək, Azərbaycan tarixinin zənginliyini bir daha indiki və gələcək nəsillərə çatdırmaqdır. Təşkilat sədri qeyd edib ki, YAP Balakən rayon təşkilatı ölkədə keçirilən seçki proseslərində də fəal iştirakı ilə diqqətdə olub. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının,  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Azərbaycana möhtəşəm uğurlar qazandıran,  yeniliklərə, təkmilləşməyə yol açan siyasətinin təbligatçısıdır.

Sonra YAP Balakən rayon təşkilatının Nəzarət-Təftiş  Qrupunun sədri Turan Dibirovun  hesabat məruzəsi  dinlənilib.

Müzakirələr zamanı çıxış edən  YAP Balakən rayon təşkilatının İdarə Heyətinin üzvü, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı  Nəsib Məhəməliyev, rayon təşkilatının Qadınlar Şurasının sədri Züleyxa Dibirova, təşkilatın  Gənclər Birliyinin sədri Nurlan Şibliyev hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl, həmçinin bu təməl üzərində ölkəmizin  son 18 ildə  ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar, tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcəkdir.

Ə.Tağıyev vurğulayıb ki, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 29 ildə  əldə etdiyi  uğurların miqyası böyükdür. Partiyanın VII qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. Partiyanın hər bir üzvü dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməlidir.

YAP Balakən  rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Ə.Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Balakən  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31