Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Misir və livanlı tədqiqatçılar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Misir və livanlı tədqiqatçılar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

12.08.2021 [14:19]

Misir və Livan tədqiqatçılarından ibarət nümayəndə heyəti avqustun 12-də Gəncə şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar 2020-ci il oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların törədildiyi əraziyə gəliblər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Bildirilib ki, Ermənistan ordusunun oktyabrın 11-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfər həlak olub, 55-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Vurğulanıb ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Paylaş
Baxılıb: 277 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31