Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rəcəb Tayyib Ərdoğan: Selin fəsadlar törətdiyi bölgələrdə dövlətin bütün imkanları səfərbər edilib

Rəcəb Tayyib Ərdoğan: Selin fəsadlar törətdiyi bölgələrdə dövlətin bütün imkanları səfərbər edilib

12.08.2021 [15:46]

Türkiyə ərazisində davam edən yağmurlu hava səbəbindən baş verən təbii fəlakətin ölkəyə vurduğu zərərin qarşısının alınması üçün dövlət tərəfindən bütün imkanları səfərbər edilib.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, bununla əlaqədar təbii fəlakətin yaşandığı bölgələrin rəhbərləri ilə telefon danışıqları keçirib.

Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) verilən son məlumatlara əsasən, yağan aramsız leysan yağışları səbəbindən ölkənin Bartın, Kastamonu və Sinop vilayətlərində sel və daşqınlar meydana gəlib. Kastamonuda sel sularında boğulanların sayı 6-ya çatıb. Bartın vilayətində isə sel sularının apardığı bir nəfərin axtarışları davam edir.

Hazırda təbii fəlakətdən ziyan çəkən vilayət və rayonlarda koordinasiya mərkəzləri yaradılıb.

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31