Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Gəncədə olub

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Gəncədə olub

12.08.2021 [16:13]

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın başçılıq etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Gəncədə olub.

Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvəllərinin Gəncədə terror aktı törətdikləri ərazilərə baş çəkib, icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

Görüş zamanı Azərbaycanla İsrail arasında dostluq münasibətlərindən, habelə yəhudi əsilli azərbaycanlıların Qarabağ savaşlarında göstərdikləri şücaətdən bəhs edilib. Niyazi Bayramov bildirib ki, Vətən müharibəsi günlərində Gəncə Ermənistan silahlı qüvəlləri tərəfindən dəfələrlə ağır artilleriya atəşinə məruz qalıb. Onların 2020-ci ilin oktyabr ayının 4, 5, 8, 11 və 17-si tarixlərində dinc sakinlərə qarşı törətdikləri terror aktları zamanı mülki şəxslər həlak olub, dinc sakinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini açıq-aşkar pozduğunun sübutudur. Vurğulanıb ki, tarixi Zəfərdən sonra bu cür səfərlərin təşkili Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından xüsusi önəm kəsb edir.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyətinin sədri Lev Spivak səmimi görüş üçün təşəkkürünü bildirib. Artıq iki gündür ki, işğaldan azad olunan torpaqlara səfərlər etdiklərini deyən Lev Spivak, bu müddət ərzində Ermənistanın törətdiyi cinayətlərin izlərinə şahid olduqlarını vurğulayıb. Qeyd edib ki, müharibənin fəsadlarına cəbhə xəttindən aralıda yerləşən şəhərlərdə rast gəlinməsi yalnız təəssüf hissi doğurur.

“Ən önəmlisi isə odur ki, bütün bu xaos və dəhşətli mənzərələr arasında həyat dolu ilk cücərtiləri görmək gələcəklə bağlı ümidləri artırır. Yollar çəkilir, evlər tikilir, artıq elektrik stansiyası hazır vəziyyətə gətirilib. Həmin ərazilərdə dirçəliş dövrü başlayır. İnanırıq ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda müharibənin dəhşətli izlərini silməyi bacaracaq. Bunların unudulmaması üçün törədilən barbarlığı bacardığımız qədər daha çox insana çatdırmalıyıq. Bizim təşkilatın ən əsas məqsədi də məhz budur”, - deyə Lev Spivak əlavə edib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Gəncədən sonra Ağdama səfər edəcəklər.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31