Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

12.08.2021 [16:54]

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb.

Fərmana əsasən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiq ediləcək.

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31