Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Qax rayon təşkilatının X hesabat konfransı keçirilib

YAP Qax rayon təşkilatının X hesabat konfransı keçirilib

12.08.2021 [17:26]

Avqustun 12-də Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədovun hesabat məruzəsi dinlənilib. N.Əhmədov bildirib ki, bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir. Onun sözlərinə görə, partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qarabağımızı işğaldan azad edib, böyük zəfərə imza atıb.

N.Əhmədov qeyd edib ki, rayon təşkilatının sıralarında 4665 nəfər partiya üzvü vardır. 71 ərazi ilk partiya təşkilatında cəmləşən partiya üzvlərindən 2606 nəfəri (55%) qadınlar, 2109 nəfəri (45%) isə gənclərdir.

Sonra YAP Qax şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Cavid Çələbiyev hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı çıxış edən YAP Qax rayon təşkilatının İdarə Heyətinin üzvü, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin Həsilov, rayon təşkilatının Qadınlar Şurasının üzvü Aybəniz Məmmədova, rayon təşkilatının Şura üzvü, Qoragan kənd ərazi ilk partiya təşkilatının sədri Müzəffər Səfərov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir. Vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, VII Qurultayda partiyanın strukturunda yeni seçimlərin edilməsi, YAP-ın yeni Nizamnaməsinin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərələlik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcəyi şübhəsizdir.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Qax rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Qax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31