Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Vaksinasiya insanları virusun bütün ştamlarından qoruyur”

“Vaksinasiya insanları virusun bütün ştamlarından qoruyur”

13.08.2021 [08:59]

Son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb. Təəssüflər olsun ki, bir sutkada sağalanların sayı da yoluxanlardan xeyli azdır. Mütəxəssislərin fikrincə, yoluxma və ölüm sayında artım bu templə davam etsə, məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər. Bildirilir ki, virusla ən səmərəli mübarizə vaksinasiya prosesidir.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib ki, son günlər yeni növ koronavirus infeksiyasına yoluxma sayı qonşu Türkiyə, Rusiya və İranda olduğu kimi, Azərbaycanda da artıb. Buna səbəb həm virusun yeni ştamlarının yaranması, həm də vaksinasiya prosesinin yekunlaşmamasıdır: “Nə qədər çox vətəndaş vaksinasiyadan keçsə, COVID-19 bəlasından da bir o qədər tez xilas olarıq. Əhalinin əksəriyyətinin vaksin vurdurması xəstəliyə qarşı kütləvi immunitetin formalaşmasına səbəb olur”.
Həkim-infeksionist bildirib ki, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alaraq daha ehtiyatlı olmalıdırlar: “Vaksin vurduranlar da əsla arxayın olmamalı, “qızıl qaydalar”a əməl etməlidirlər. Vətəndaşlar kütləvi toplaşmalar zamanı tibbi maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə etməlidirlər. Vaksin vurduranlar yoluxduqları zaman xəstəliyi yüngül keçirəcəklər. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir. Doğrudur, reanimasiya xəstələri COVID-19-un əvvəlki dalğalarında olduğu qədər çox deyil, amma ötən ayla müqayisədə artım müşahidə edilir”.
“Həmçinin əhalinin bir qrupu düşünür ki, əgər virusa yoluxmaqla immunitet qazanıramsa, vaksin vurdurmağa ehtiyac yoxdur. Bu, yanlış fikirdir. Vaksinasiya insanları virusun bütün ştamlarından qoruyur”, - deyə S.Atakişiyev qeyd edib.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31