Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elşad Musayev: Vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

Elşad Musayev: Vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

13.08.2021 [09:04]

“Son günlərdə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm hallarının artması ciddi narahatlıq doğurur. Karantin rejiminin yumşaldılması və bəzi qadağaların götürülməsi, şənlik mərasimlərinə icazə verilməsi virusun geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədri deyib ki, son günlər peyvəndləmə prosesi sürətlənsə də, bütövlükdə pandemiya ilə mübarizədə uğur əldə etmək üçün vətəndaşlar vaksinasiyaya daha fəal qoşulmalıdırlar: “Düzdür, son günlərdə ilk doza üzrə peyvənd olunanların sayının artmasını müşahidə edirik. Amma, qeyd etdiyim kimi, son vaxtlar ölkəmizdə COVID-19-a yoluxanların sayının artması narahatlıq doğurur. Artıq yoluxma sayı 2000-nin üzərindədir. Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesində daha fəal iştirak etməlidirlər”.
E.Musayev bildirib ki, dövlətin öz vəzifələrini yerinə yetirdiyi bir vaxtda vətəndaş olaraq biz də daha məsuliyyətli olmalıyıq, qaydalara tam riayət etməliyik: “Pandemiyadan az itki ilə xilas olmaq üçün dövlət və vətəndaş birgə fəaliyyət göstərməli, birlik və həmrəylik nümayiş etdirməlidirlər”.
“Vətəndaşlara tövsiyəmiz odur ki, vaksinasiya prosesində fəal iştirak etsinlər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Şayiələrə inanmaq və təşvişə qapılmaq vaxtı deyil, bu prosesi daha tez həyata keçirmək üçün bütün vətəndaşlar səfərbər olmalıdırlar”, - deyə E.Musayev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31