Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Musa Ağayev: Həyata keçirilən siyasət ölkəmizdə milli birliyi daha da gücləndirib

Musa Ağayev: Həyata keçirilən siyasət ölkəmizdə milli birliyi daha da gücləndirib

13.08.2021 [09:06]

“Ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimadın və milli maraqların müdafiəsinin üstünlük təşkil etdiyi dövrə qədəm qoymuşuq. Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin dərinləşdirilməsi istiqamətində atılan addımlar siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmalarında, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələrində əhəmiyyətli rol oynayıb. Həyata keçirilən siyasət, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ölkəmizdə milli birliyi daha da gücləndirib”.
Bu fikirləri Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyib.
Onun sözlərinə görə, bu gün siyasi partiyaların mütləq əksəriyyətinin milli maraqlar ətrafında səfərbər olması, eləcə də ölkənin siyasi həyatında yeni bir canlanmanın müşahidə edilməsi mühüm əhəmiyyətə malikdir. Bu, həm də Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş etdirilməsindən xəbər verir: “Təbii ki, siyasi dialoqun dərinləşdirilməsi ölkəmizin perspektiv inkişafına, milli maraqların qorunmasına xidmət edir. Biz buna 44 günlük Vətən müharibəsində də şahid olduq. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların bir amal uğrunda birləşmələri, cənab Prezidentin apardığı siyasəti dəstəkləmələri, vahid platformadan çıxış etmələri milli birliyin nümunəsi idi. Bu baxımdan bir daha vurğulamaq gərəkdir ki, mövcud siyasi birlik, siyasi palitranın zənginləşməsi ölkəmizin gələcək inkişafında əsaslı rol oynayacaq. Eləcə də qeydiyyata alınmaları, qərargahla təmin olunmaları ölkəmizdə siyasi partiyaların fəaliyyətinə mühüm stimul verir”.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31