Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Razi Nurullayev: Azərbaycanın uğurları beynəlxalq müstəvidə təqdir olunur

Razi Nurullayev: Azərbaycanın uğurları beynəlxalq müstəvidə təqdir olunur

13.08.2021 [09:08]

“Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dövləti beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə məsələlərində hər zaman əhəmiyyətli rol oynayıb. Nəzərə alınmalıdır ki, ölkəmiz 30 ilə yaxın bir müddətdə işğaldan əziyyət çəkib və 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Azərbaycanın uğurları beynəlxalq müstəvidə təqdir olunur”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
Onun sözlərinə görə, son illərin göstəriciləri Azərbaycanın davamlı inkişafını əks etdirir. İnkişaf edən Azərbaycanın nüfuzu daha da artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Millət vəkilinin fikrincə, bütün bunlar isə, öz növbəsində, ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir: “Bu gün Cənubi Qafqaz dünyanın diqqət mərkəzində olan regionlardandır. Ölkəmizin regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar nəinki bölgənin inkişafına, hətta qlobal inkişafa da yeni bir töhfə sayıla bilər. Eləcə də digər sahələrdə irəli sürdüyümüz təşəbbüslər, layihələr dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkili ilə bağlı təşəbbüsləri buna bariz nümunədir. Ümumilikdə, bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti dünyada güclü və nüfuzlu dövlət, mühüm aktor kimi tanınır”.

Paylaş
Baxılıb: 287 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31