Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabir Hacıyev: Azərbaycan dövləti və xalqı bu ağır günlərdə qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi

Sabir Hacıyev: Azərbaycan dövləti və xalqı bu ağır günlərdə qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi

13.08.2021 [09:10]

“Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınlarının qardaş ölkəyə ciddi ziyan vurması, insan tələfatına səbəb olması dərin kədər və təəssüf hissi yaratdı. Azərbaycan dövləti və xalqı bu ağır günlərdə Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirdi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Vətən müharibəsində qardaş ölkə Azərbaycana həm mənəvi, həm də siyasi dəstək göstərdiyi kimi, meşə yanğınları zamanı dövlətimiz və xalqımız da Türkiyənin yanında oldu: “Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə mənəvi dəstək olaraq paylaşım etdi, baş verən yanğınlar nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verdi, yaralıların tezliklə şəfa tapmasını arzuladı”.
S.Hacıyev deyib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri qardaş ölkəyə göndərildi: “Əsasən mürəkkəbrelyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı Azərbaycanın yardım dəstələri türkiyəli həmkarları ilə birgə fəaliyyət göstəriblər”.
“Onu da xatırlatmağa ehtiyac var ki, Azərbaycandan göndərilən və gecə-gündüz alovlarla mübarizə aparan yanğınsöndürənlərimizin fəaliyyətləri qardaş ölkənin mediasında da geniş işıqlandırılıb. Ümumiyyətlə, Türkiyə əhalisi yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirib”, - deyə S.Hacıyev bildirib.
Qaşqay ZİYƏDİNOĞLU

Paylaş
Baxılıb: 296 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31