Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Bərdə rayon təşkilatının üzvləri qazi Məhəmməd Yusifzadəni ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının üzvləri qazi Məhəmməd Yusifzadəni ziyarət ediblər

13.08.2021 [09:15]

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup üzvü rayonun Türkmən kəndindən olan Vətən müharibəsi qazisi, çavuş Yusifzadə Məhəmməd İsrafil oğlunu ziyarət ediblər. Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs olunub. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu, 2020-ci il ölkəmiz üçün Qələbə İli kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Vətən müharibəsi dövründəki hərbi xidmətlərindən danışan qazi Məhəmməd Yusifzadə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31