Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunmalıdır

Yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunmalıdır

13.08.2021 [09:27]

Araşdırmalar göstərir ki, təbiətdə yanğınların əksəriyyəti odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Mütəxəssislər qeyd edirlər ki, yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunmalı, hər kəs bu məsələdə məsuliyyətli və diqqətli davranmalıdır.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanıb: “Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə hazırladığı planda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması ilə bağlı həm təlimlər, həm də yanğınsöndürmə avadanlıqlarının yoxlanması ilə bağlı reydlər öz əksini tapır”.
Onun sözlərinə görə, 2021-ci ildən başlayaraq təlimlər praktiki keçirilir: “Xüsusi mühafizə olunan təbiət əraziləri və FHN-nin yerli qurumları ilə birlikdə imitasiya xarakterli yanğın yaradılaraq yerli icmaların, könüllü dəstələrin cəlb olunması ilə yanğının söndürülməsi üzərində təlim həyata keçirilir. Təlim həm yerli icmaların, həm də xüsusi mühafizə olunan ərazilərin əməkdaşlarının yanğının söndürülməsi ilə bağlı operativ müdaxilə göstərilməsində, bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır. Yay mövsümünün əvvəllərindən milli parklarda, qoruqlarda mineral zolaqların çəkilişi işlərinə başlanılır, mümkün olan yerlərdə su tutarları, su rezervuarı yaradılır”.
Onun sözlərinə görə, ətraf ərazidə yaşayan insanlarla, icmalarla, fermerlərlə maarifləndirmə işləri aparılır, onlara ərazilərin yanğın təhlükəsindən qorunmaqla bağlı müəyən biliklər aşılanır, milli parklara üz tutan turistlərə isə piknik yerində ocaq qalanarsa, mütləq ocağı söndürmək, ərazilərə siqaret kötükləri atmamaq xarakterli tövsiyələr verilir.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31