Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq təşkilatlar Ermənistandan bütün mina xəritələrinin Azərbaycana verilməsini qəti şəkildə tələb etməlidir

Beynəlxalq təşkilatlar Ermənistandan bütün mina xəritələrinin Azərbaycana verilməsini qəti şəkildə tələb etməlidir

13.08.2021 [10:39]

Ötən ilin payızında 44 günlük zəfər yürüşü ilə Azərbaycan Silahlı Qüvvələri adını tarixə qızıl hərflərlə yazdı. Qarabağda Azərbaycan Ordusunun modern üsullarla apardığı müharibə dünya hərb tarixində yeni səhifənin açılmasını şərtləndirib. Bu gün ordumuz həm azad olunmuş ərazilərdə, həm də Ermənistanla sərhəddə daha da möhkəmlənməkdə, qalib dövlətin və xalqın iradəsini lazımınca ifadə etməkdədir.  

Qarabağda quruculuq işləri də fadakarlıqla davam etdirilir. Builki dövlət büdcəsindən ərazilərin bərpası və yenidən qurulması, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün 2,2 milyard manat vəsait ayrılıb. Hazırda işğaldan azad edilən ərazilərdə infrastruktur bərpa olunur, yollar çəkilir, su-elektrik stansiyaları tikilir, binalar inşa edilir.

Amma narahatlıq yaradan müəyyən məqamlar da var. Bu, ilk növbədə, mənfur düşmənin zəbt etdiyi ərazilərdən çıxan zaman oraları başdan-başa minalaması və mina xəritələrini bizə verməməsi ilə əlaqədardır. Başqa sözlə, ermənilərin mina müharibəsi davam edir. Otuz illik münaqişə zamanı minlərlə azərbaycanlı Ermənistan tərəfindən yerləşdirilmiş piyada və tank əleyhinə minaların partlamasının qurbanı olub. Vətən müharibəsinin sona yetdiyi noyabr ayından indiyədək isə 150 nəfərə yaxın azərbaycanlı minaya düşərək həyatını itirib və ya yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır.

Bu il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. Bundan üç həftə sonra isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış 92 min minanın xəritəsini aldıq. Üç rayon üzrə 189 min minaya dair xəritənin alınması diplomatiyamızın uğuru olmaqla bərabər, davamlı səciyyə daşımalı və digər ərazilərin mina xəritələri də mütləq təhvil verilməlidir. Çünki ərazilərimizdə hələ nə qədər partlamamış mina qalır ki, onların xəritələri hələlik əldə edilməyib.

Bu gün dost ölkələrin köməyilə Qarabağın minalardan təmizlənməsi əzmlə davam edir. Nə qədər vaxt aparan iş olsa da, bütün güclərimiz maksimum səfərbər olunub ki, minatəmizləmə işləri sürətlə getsin. Minaaxtaranların necə çətin bir vəziyyətdə işlədiklərindən hər birimizin məlumatı var. Onların hər anı, hər dəqiqəsi təhlükədir. Qarı düşmən minaları hara gəldi basdırıb, torpaqlarımıza ölüm əkib, qəddarlığını bir daha nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın bu vandallığına münasibət bildirərkən deyib: “Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur”.

Xatırlamaq yerinə düşər ki, silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyan ə Kəlbəcər və Laçın rayonlarında, təxminən, 17 yük avtomobili həm tank, həm də piyada əleyhinə minaları 500-600 hektar ərazini zəncirvari minaladıqlarını etiraf etmişdi. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bununla bağlı araşdırma aparıldı. “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru K.Qumaşyanın digərləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirməsi, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətməsi barədə məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi həmin faktların təsdiqi kimi təfsir edilir. Həmçinin son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqiliyini təsdiqləyir. Bu, mənfur düşmənin ərazilərimizdə basdırdıqları minalarla bağlı çoxsaylı faktlardan yalnız biridir. 

Ona görə də dünya ictimaiyyəti Azərbaycanın haqlı tələbinə səs verməli, beynəlxalq təşkilatlar Ermənistandan bütün mina xəritələrinin Azərbaycana verilməsini qəti şəkildə tələb etməlidir. Biz onsuz da ərazilərimizi minalardan tam təmizləyəcək, orada təhlükəsiz həyat üçün zəruri şərait yaradacağıq. Sadəcə, ermənilərin riyakarcasına müqavimət göstərməsi Qarabağda bərpa-quruculuq işlərini ləngidə bilər. Bu, olmasın deyə, qalib dövlət kimi həmin xəritələrin qeyd-şərtsiz alınmasında israrlıyıq.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatının Çaykənd kənd ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri

Paylaş
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31